Bağlanan 4 bankın əmanətçilərinə 31 milyon manat ödənildi

Bağlanan 4 bankın əmanətçilərinə 31 milyon manat ödənildi

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Oxu.Az ADİF-ə istinadən xəbər verir ki, “Parabank”ın əmanətçilərinə 12,2 mln. manat, “Zaminbank”ın əmanətçilərinə 13,8 mln. manat, “Kredobank”ın əmanətçilərinə 3,4 mln. manat, “Dekabank”ın əmanətçilərinə isə 1,6 mln. manat kompensasiya ödənilib. Ümumilikdə, 4 bank üzrə 31 mln. manat ödəniş edilib. Bu, ödənilməli olan məbləğin təxminən 28%-ni təşkil edir.

Məlumata görə, kompensasiya almaq üçün “Dekabank”, “Kredobank” və “Zaminbank”ın əmanətçiləri bankların baş ofisinə, “Parabank”ın əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət etməlidirlər.

0
12