Sabahdan “ASAN peşə” başlayır

Sabahdan “ASAN peşə” başlayır

Sənədlər Bakı və Gəncədəki “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək.

Yeni dərs ilindən Bakı və Gəncə şəhərlərində peşə məktəblərinə şagird “ASAN peşə” pilot layihəsi çərçivəsində keçiriləcək.

Oxu.Az xəbər verir ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu layihəsini “Təhsil Nazirliyi və “ASAN xidmət” birgə işləyəcək.

Artıq avqustun 11-dən peşə məktəblərinə sənəd qəbulu başlayacaq.

Sənədlər Bakı və Gəncədəki “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Nazirlikdən bildiriblər ki, qəbulun nəticələri avqustun 26-da açıqlanacaq. Xatırladaq ki, 2015-2016-cı tədris ilində Bakı şəhərindəki 27 ilk peşə-ixtisas təhsil müəssisəsinə 4411 şagird, Gəncə şəhərlərindəki 6 ilk peşə-ixtisas təhsili müəssisəsinə 680 şagird qəbul olunub.

0
29