Bakı Olimpiya Stadionuna marşrtur açılır

Bakı Olimpiya Stadionuna marşrtur açılır

Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq.

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə stadionun direktoru Cavid Qarayev məlumat verib.

C.Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun "Koroğlu" stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: "Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir".

Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər "Koroğlu" metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.

0
18