“Rusiya helikopterləri” Bakıda servis mərkəzi açacaq

“Rusiya helikopterləri” Bakıda servis mərkəzi açacaq

“ADEX 2016” II Beynəlxalq Müdafiə sərgisi çərçivəsində müvafiq saziş imzalanacaq.

“Rusiya helikopterləri” (“Vertolyotı Rossii”) servis mərkəzinin Azərbaycanda açılması haqqında saziş Bakıda bu il sentyabr ayının sonunda keçiriləcək “ADEX 2016” 2-ci Beynəlxalq Müdafiə sərgisi çərçivəsində imzalanacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə holdinqin baş direktorunun müavini İqor Çeçikov bildirib.

“Rusiya helikopterləri” holdinqindən qeyd ediblər ki, servis mərkəzi “Silk Way Helicopter Services” müəssisəsinin bazasında fəaliyyət göstərəcək. Hazırda bu mərkəzin hərbi təyinatlı helikopterlərin əsaslı təmiri və texniki xidmət üzrə genişləndirilməsi məsələsi müzakirə edilir, - Çeçikov bildirib.

Onun sözlərinə görə, hazırda əməkdaşlığın qaydası və formasına dair danışıqlar aparılır.

“ADEX 2016” II Beynəlxalq Müdafiə sərgisi çərçivəsində müvafiq saziş imzalanacaq”, - “Rusiya helikopterləri” baş direktorunun müavini bildirib.

Avqustun 8-də Rusiya, Azərbaycan və İran prezidentlərinin sammitindən sonra Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacağını bildirmişdi.

0
20