“Qəbələ”-“Maribor” matçının yeri dəyişdirildi

“Qəbələ”-“Maribor” matçının yeri dəyişdirildi

Avropa Liqasının pley-off mərhələsində “Maribor”la qarşılaşacaq “Qəbələ”nin ev oyununun yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” 8-ci km qəsəbə stadionundan imtina ediblər.

Buna səbəb arenanın ot örtüyünün yararsız hala düşməsidi. “Qəbələ” istənilən halda avqustun 18-də “Maribor”u Bakıda qəbul edəcək. Klub rəhbərliyinin ilk variantı “Dalğa Arena”dı. Görüşün burda keçirilmə ehtimalı yüksəkdi. İkinci variant kimi isə Bakı Olimpiya Stadionu nəzərdə tutulur.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” görüşü saat 21:00-da başlayacaq.

0
17