AKP-nin keçmiş deputatı terror ittihamı ilə saxlanılıb

AKP-nin keçmiş deputatı terror ittihamı ilə saxlanılıb

Türkiyədə iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatı terror təşkilatı nümayəndəsi olmaqda şübhəli bilindiyi ittihamı ilə saxlanılıb.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, Kayseri şəhərində 400 polisin iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı aralarında AKP-in keçmiş millət vəkili olan Ahmet Öksüzkaya da olan 120-yə yaxın iş adamı və siyasətçi saxlanılıb:

Saxlanılanlar arasında AKP-nin keçmiş millət vəkili Ahmet Öksüzkaya, sabiq AKP-nin təşkilat sədri Ömər Dengiz, ticarətçilər təşkilatının  sədri Mahmut Hiçyılmaz, Kayseri mühasiblər təşkilatının rəhbəri Suat Özsoy, Kayseri sənayeçilər təşkilatının məclis sədri  Nurettin Okan və digər tanınmış iş adamları və siyasətçilər var.

0
9