SOCAR-ın qaz kəmərindən oğurluq edildi

SOCAR-ın qaz kəmərindən oğurluq edildi

Yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsi oğurlanıb.

SOCAR şirkətinə məxsus yeraltı qaz kəməri kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən SOCAR şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.

0
15