Rio-2016: Olimpiyadada yeni dünya rekordları

Rio-2016: Olimpiyadada yeni dünya rekordları

“Rio-2016”-da yeni rekord müəyyənləşib.

Oxu.Az-ın Apasport-a istinadən verdiyi məlumata görə, çinli ağırlıqqaldıran Denq Vey Braziliyadakı Olimpiya Oyunlarında iki dünya rekordu qıran ilk idmançı olub.

63 kq çəki dərəcəsində çıxış edən xanım atlet həm təkanla qaldırma, həm də yekun nəticədə dünya rekordu müəyyənləşdirib. Onadək ikinci hərəkətdə 147 kq qaldıran idmançı olmamışdı ki, asiyalının yekunda topladığı 262 kq nəticəsi də planetin ən yüksək göstəricisidi.

Ümumilikdə isə “Rio-2016”-dakı dünya rekordlarının sayı 9-a çatıb. Bunlardan 5-i üzgüçülük, 3-ü ağırlıqqaldırma, 1-i isə kamandan oxatmada qeydə alınıb.

İndiyədək 7 ölkə təmsilçisi Rioda dünya rekordu ilə fərqlənib ki, yalnız çinlilərin hesabında 3 belə nailiyyət var. Digər 6 ölkə idmançıları isə 1 rekord müəllifidi.

Qeyd edək ki, 9 dünya rekordundan 6-sı qadın, 3-ü kişilərin hesabındadı.

“Rio-2016”-da dünya rekordları

5 avqust

Kamandan oxatma, kişilər

Vujin Kim (Cənubi Koreya) – 700

6 avqust

Üzgüçülük, qadınlar, 400 m, kompleks

Katinka Hosszu (Macarıstan) – 4.26,36

7 avqust

Üzgüçülük, qadınlar, 4x100 m, sərbəst üsulla

Avstraliya – 3.30,65

Ağırlıqqaldırma

Kişilər, 56 kq

Qinqquan Lonq (Çin) – 307 kq

Üzgüçülük, qadınlar, 100 m, batterflyay

Sara Syostrom (İsveç) – 55,48

Üzgüçülük, kişilər, 100 m, brass

Adam Peti (Böyük Britaniya) – 57,13

Üzgüçülük, qadınlar, 400 m, sərbəst üsul

Katelin Ledeki (ABŞ) – 3.56,46

9 avqust

Ağırlıqqaldırma, qadınlar, 63 kq, yekun

Denq Vey (Çin) – 262 kq

Ağırlıqqaldırma, qadınlar, 63 kq, təkanla qaldırma

Denq Vey (Çin) – 147 kq

0
31