Bu gün Putin Sarkisyanla görüşəcək

Bu gün Putin Sarkisyanla görüşəcək

Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarkisyan bu gün Moskvada görüşəcəklər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər bir sıra məsələlərə dair müzakirələr aparacaq, beynəlxalq və regional problemlər üzrə də fikir mübadiləsi edəcəklər.

Bununla yanaşı, danışıqlarda siyasi, ticari-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin ən yüksək səviyyədə müzakirəsi, həmçinin Avrasiya məkanında inteqrasiya prosesləri diqqət mərkəzində olacaq.

0
13