Türkiyədə terror aktı: ölənlər var

Türkiyədə terror aktı: ölənlər var

Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib.

Oxu.Az haberturk-ə istinadən xəbər verir ki, hadisə zamanı 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb.

Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.

Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb.

0
18