Rioada jurnalistlərin avtobusunu daşa basdılar

Rioada jurnalistlərin avtobusunu daşa basdılar

Yerli hakimiyyət hadisənin araşdırılmasına başlayıb.

Rio-de-Janeyroda Olimpiyadanın idman obyektləri arasında hərəkət edən jurnalistlərin olduğu avtobus daşa basılıb.

Oxu.Az BBC-ə istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Avtobusun iki pəncərəsi qırılıb, salonda olan jurnalistlər yüngül xəsarətlər alıblar.

Hadisə yerinə gələn polislər avtobusu mətbuat mərkəzinə qədər müşayiət ediblər.

Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, yerli hakimiyyət hadisənin araşdırılmasına başlayıb.

0
15