Amerikalı idmançı 20 qat olimpiya çempionu oldu

Amerikalı idmançı 20 qat olimpiya çempionu oldu

 Amerikalı üzgüçü Maykl Felps Rio-2016 yay olimpiadasında batterflay yarışı üzrə 200 metr distansiyada qələbə qazanaraq, Olimpiya Oyunlarının 20 qat çempionu olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ idmançısı 1 dəq. 53,36 san. nəticə göstərib. İkinci yerə yaponiyalı Masato Sakai, üçüncü yerə isə macarıstanlı idmançı Tamaş Kendereşi layiq görülüb.

Qeyd edək ki, bu Maykl Felpsin Rio-2016 yay olimpiadasında qazandığı ikinci qızıl medaldır.

0
16