Rioda jurnalistlər atəşə tutuldu

Rioda jurnalistlər atəşə tutuldu

Rio-de-Janeyroda Olimpiadanı işıqlandıran jurnalistləri daşıyan avtobus atəşə tutulub.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident avtobusun basketbol yarışlarının keçirildiyi məkana doğru hərəkət etdiyi  zaman baş verib.  

Atəş nəticəsində avtobusun şüşələri qırılıb, iki nəfər yüngül xəsarət alıb.

Braziliya polisi insidentlə bağlı hələlik heç bir şərh verməyib.

0
16