Facebook yeni düymə tətbiq etdi

Facebook yeni düymə tətbiq etdi

Facebook sosial şəbəkəsi bütün istifadəçilər üçün "Yadda saxla" ("Save") düyməsini tətbiq edir.

Oxu.Az xəbər verir ki, bu barədə Facebook-un F8 hazırlayanlar üçün konfransında məlum olub.

Onların sözlərinə görə, düymə istifadəçilərə onları maraqlandıran məqalələri, video və s. daha sonra baxmaq üçün Facebook-da qovluqda saxlamaq imkanı verəcək.

Bundan başqa, kontenti onlayn paylaşmaq üsullarını təqdim edən, yeni "Quote Sharing" alətindən hamı istifadə edə biləcək.

0
11