Türkiyədə 2 hərbçi şəhid oldu

Türkiyədə 2 hərbçi şəhid oldu

 Türkiyənin Diyarbəkir əyalətində PKK terrorçularının hücumu nəticəsində 2 hərbçi şəhid olub, daha ikisi isə yaralanıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, antiterror əməliyyatı zamanı hərbçilər terrorçuların hücumuna məruz qalıblar.

Hərbçilərdən biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda keçinib.

0
15