BMT-nin helikopteri yerə çırpıldı

BMT-nin helikopteri yerə çırpıldı

Konqo Demokratik Respublikasının şərqində BMT missiyasının hərbi helikopteri yerə çırpılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Beni şəhərinin hava limanında baş verib.

“Ukrayna istehsalı olan helikopter havaya qalxarkən qəzaya uğrayıb”, - deyə məlumatda bildirilir.

İnsident nəticəsində ölən yoxdur.

0
24