Superkuboku "Real" qazandı

Superkuboku "Real" qazandı

 UEFA Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, kubok ötən il olduğu kimi, bu il də İspaniyaya gedib.

Sadəcə keçən ildən fərqli olaraq bu dəfə nüfuzlu mükafatı “Barselona” deyil, onun əzəli rəqibi “Real” qazanıb. Məyus olan komanda isə dəyişməyib. "Sevilya" ötən il olduğu kimi, bu dəfə də əlavə vaxtda mükafatı əldən verib.

Üstəlik bu matç rəqiblərin ikinci Superkubok dueli idi. 2014-cü ildə də “Real” həmin vaxt Uelsin Kardiff şəhərində keçirilən görüşdə  “Sevilya”dan daha güclü olmuşdu – 2:0. “Millenium”da hər iki qolu Kriştianu Ronaldo vurmuşdu.

Görüşə gəlincə. Oyunda hesabı 21-ci dəqiqədə "Real" açıb. Asensao fərqlənib. 41-ci dəqiqədə Vazgezin vurduğu qolla komandalar fasiləyə bərabərliklə yollanblar.

İkinci hissədə Konoplyankanın penalti qolu "Sevilya"nı önə çıxarsa da, Serxio Ramos oyuna əlavə olunmuş 3-cü dəqiqədə hesabı bərabərləşdirərək oyunu əlavə vaxta aparıb.

Qələbə qolu isə əlavə vaxtın son dəqiqəsində vurulub. Dani Karvaxal "kral klubu"nu Avropanın ən güclüsü edib.

UEFA Superkuboku

9 avqust

“Real” (İspaniya) – “Sevilya” (İspaniya) - 3:2

Qollar: Asensio, 21, Serxio Ramos, 90+3, Karvaxal, 119 - Vazgez, 41, Konoplyanka, 72 (pen.)

Baş hakim: Milorad Majiç

Tronheym (Norveç). “Lerkendal” stadionu

0
22