Ərdoğan: Gülən Rusiya ilə münasibətlərimizi pozmağa çalışıb

Ərdoğan: Gülən Rusiya ilə münasibətlərimizi pozmağa çalışıb

Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı Rusiya-Türkiyə münasibətlərini pozmağa çalışıb.

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan deyib.

“Fətullahçı terror təşkilatının və onun arxasında dayanan güclərin ölkələrimiz arasındakı münasibətlərə qəsd etmələri bu gün daha çox anlaşılır”, - Türkiyə lideri bəyan edib.

Qeyd edək ki, rəsmi Ankara Fətullah Güləni Türkiyədə baş verən hərbi çevrilişə cəhdin təşkilində günahlandıraraq ABŞ-dan onun ekstradisiyasını tələb edir.

0
13