Ohanyan: "Erməni xalqı tamamilə rahat ola bilər..."

Ohanyan: "Erməni xalqı tamamilə rahat ola bilər..."

Ermənistan tərəfi Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində  hərbi ixrac kreditinin ayrılmasına dair sazişləri, demək olar ki, tamamilə razılaşdırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib.   

“Müqavilələr, demək olar ki, tamamilə razılaşdırılıb, dövlətdaxili prosedurlar başa çatıb”, -  deyə Ohanyan bildirib.  Onun sözlərinə görə, silah və hərbi texnikanın tədarükü daha əllər əldə olunan sazişlər çərçivəsində həyata keçirilir: “Lakin, bu məsələlərdə müəyyən dərəcədə məxfilik var”.

“Bizim xalqımız tamamilə rahat ola bilər. Biz, xüsusən də, müasir silah vasitələrinə qarşı  mübarizə məqsədilə informasiya texnologiyaları sahəsi ilə də əməkdaşlıq edirik”, - deyə ermənistanlı nazir əlavə edib.

Qeyd edək ki,  Rusiyanın İrəvana silah-sursat almaq üçün 200 mln. dollar həcmində  hərbi ixrac kreditinin ayrılmasına dair saziş 2015-ci ildə imzalanıb.

0
9