Almaniyada İŞİD liderlərindən biri saxlanıldı

Almaniyada İŞİD liderlərindən biri saxlanıldı

Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı, avqustun 9-da, Bild nəşri məlumat verir.

Polisdən bildiriblər ki, saxlanılan şəxs Almaniyada terrorçuların maraqlarını təmsil edirdi.

Təqsirləndirilən şəxs yol polisi tərəfindən sənədlərinin yoxlanılması zamanı tutulub.

Müstəntiqlər hesab edirlər ki, yaraqlılar avqustun 26-da start götürən futbol üzrə Almaniya çempionatına terror aktları planlaşdıra bilərlər.

0
11