Rio-2016: Kamran Şahsuvarlı ilk döyüşdən qalib ayrıldı

Rio-2016: Kamran Şahsuvarlı ilk döyüşdən qalib ayrıldı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız çinli Çao Minqqanqla qarşılaşıb.

Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb.

Növbəti mərhələdə həmyerlimizin rəqibi rusiyalı Artyom Çebotaryov olacaq. Döyüş avqustun 13-də keçiriləcək.

0
39