Bakıda “Global Village” mədəniyyət festivalı keçirilib

Bakıda “Global Village” mədəniyyət festivalı keçirilib

Bakıda “AİESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının təşkilatçılığı ilə “Global Village” mədəniyyət festivalı keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə acebook”dakı səhifəsində məlumat yayılıb.

Layihə Dənizkənarı Milli Parkda baş tutub. Festival iştirakçıları öz ölkələrinin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrini təbliğ etməklə yanaşı, mədəni anlaşma, tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilmək kimi mövzulardan da çıxış ediblər.

Festivalda dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunmuş xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim etmək imkanı əldə edə biliblər.

Qeyd edək ki, festival “AİESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən ənənəvi olaraq keçirilir.

A.S.

0
15