Ərdoğanın Rusiya səfəri başladı

Ərdoğanın Rusiya səfəri başladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan artıq Rusiyadadır.

Lent.az RİA Novosti-yə istinadən xəbər verir ki, Ərdoğanın Sankt-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşməsi nəzərdə tutulub. Əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin bərpası olacaq. Bu səfərin Rusiya-Türkiyə münasibətlərinin inkişafına kömək edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyaya məxsus qırıcı Su-24-ün vurulması ilə bağlı yaşanan insidentdən sonra Ərdoğan ilk dəfə Putinlə görüşür.

0
17