Keçmiş arvadının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Keçmiş arvadının qətlini sifariş verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın APA-nın məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 17-nə təyin edilib.

Məlumata görə, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilməsi ilə bağlı daxil olan məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.

0
18