Tramp vergiləri rekord həddə qədər azaldacağını vəd etdi

Tramp vergiləri rekord həddə qədər azaldacağını vəd etdi

Klinton cavab olaraq onun iqtisadi təklifini qeyri-səmərəli adlandırıb.

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkənin iqtisadi inkişafına vergilərin kəskin azaldılması ilə yeni impuls verməyi vəd edib.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Trampın planına görə, Amerika şirkətlərindən heç biri biznesindən əldə etdiyi gəlirin 15%-dən çox vergi ödəməyəcək.

Tramp, həmçinin ölkədə hazırda mövcud olan vergi rüsumlarını 40%-dən 33%-ə qədər azaltmağı təklif edib.

Bundan başqa respublikaçı namizəd Uoll-stritdən olan zəngin sərmayəçilərin daha az vergi ödəməyə imkan verən boşluqları aradan qaldırmağı təklif edib.

Bununla yanaşı, o, vergilərin həcminin azalmasından sonra büdcəyə daxil olan vəsaitin çatışmazlığını aradan qaldırmaq üçün heç bir konkret detal göstərməyib.

Klinton cavab olaraq Trampın iqtisadi təklifini qeyri-səmərəli adlandırıb və qeyd edib ki, bu təklif amerikalıların əksər hissəsinin həyatını yaxşılaşdırmağa yardım etməyəcək.

0
13