Gənc oğlan sevdiyi qıza görə özünü öldürdü

Gənc oğlan sevdiyi qıza görə özünü öldürdü

15 yaşlı oğlan özünü trosla asıb.

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbənin D.Vasif küçəsi, ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan və Sabunçu rayonunda yaşayan İmişli rayon sakini, 2001-ci il təvəllüdlü Həsənli Teymur Baloğlan oğlu özünü tavandan trosla asaraq intihar edib.

İlkin araşdırma zamanı onun sevdiyi qıza görə intihar etdiyi məlum olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

0
178