Ramil Şeydayev məşqdə ''ləzginka'' oynadı

Ramil Şeydayev məşqdə ''ləzginka'' oynadı

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Trabzonspor”un məşqində maraqlı addımı ilə yadda qalıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə,  gənc hücumçu məşq zamanı “ləzginka” rəqsi ilə komanda yoldaşlarının alqışını qazanıb.

“Qaradənizlilər”in  baş məşqçisi Ərsun Yanal məşq zamanı səhv edən futbolçuları “kolbasti” oynamaqla cəzalandırır. Şeydayev isə cəzasını Qafqaz rəqsi ilə ödəyib.

Qeyd edək ki, Azərbaycan millisində oynaması üçün FİFA tərəfindən rəsmi icazə verilən Ramil Şeydayev “Zenit”dən ayrıldıqdan sonra “Trabzonspor”la müqavilə imzalayıb.

0
32