Sinoptiklər sabaha yağış deyirlər

Sinoptiklər sabaha yağış deyirlər

Şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.

0
12