Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub

Topaz Premyer Liqasının yeni mövsümün ilk turuna yekun vurulub.

Oxu.Az xəbər verir ki, turun yekun matçında “Qəbələ” Gəncənin “Kəpəz” klubunu qəbul edib

“Dalğa Arena”da keçirilən qarşılaşma Roman Qriqorçukun yetirmələrinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.

“Qəbələ”nin Tellur Mütəllimov və Baqali Dabo müvafiq olaraq 58 və 79-cu dəqiqələrdə fərqləniblər.

Qeyd edək ki, turun digər oyununda “Neftçi” AZAL-ı 2:0, “Sumqayıt” “Zirə”ni 1:0, “İnter” isə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

0
18