Rusiyada Azərbaycan və Türkiyəni müdafiə edən jurnalist işini itirdi

Rusiyada Azərbaycan və Türkiyəni müdafiə edən jurnalist işini itirdi

“Moskvadan tələb gəlmişdi”.

Türkiyənin “İhlas” xəbər agentliyinin Moskva müxbiri, son günlər Rusiya telekanallarında Azərbaycanın maraqlarını müdafiə edən Fuad Abbasov işdən çıxarılıb. 

Oxu.Az-ın verdiyi xəbərə görə, bunu jurnalistin özü Facebook səhifəsində yazıb. 

“1997-ci ilden bu yana işlediyim Türkiyənin  “İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadakı işimə son verməyə qərara aldı. 

Mənə göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsi nədəniylə” sebeb gösterilmesine baxmayaraq, hansı işlərdən nə istədiklerini başa düşmədim. Son 6 ay boyunca Rusiyanın müxtəlif qəzet, internet mətbuatı, radio ve televiziyalarında 50-dən çox çıxışım olub ve heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin möqelərini Rusiyada müdafiə etmək başlıca “işim” olub. 

Buradaki Türk məsləkdaşlarımdan en çox eşitdiyim tənbeh ise “Boş ver Rusiya-Türkiyəmünasibətlərinii, işindən atılarsan, kimsə sənə sahib çıxmaz” sözləri idi.

Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının, Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. 

Təbiidir ki buna çox sevinənlər var. Çunki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusyada açılan PYD təmsilçiliyinə qarşı çıxan, PKK-nın Moskvadakı fəaliyyətini tənqid edən, rus siyasətçilərin Türkiyəyə qarşı düşüncələrinin yalnış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi.

Sevinənlər arasında mən də varam , çünki son günlərdə gözünə yuxu getməyən anam, gecələr rahat yata biləcək...

Allah şəhidlərimizə rəhmət eləsin, vətən uğrunda tökdükləri qan yerdə qalmaz inşallah”, - deyə F.Abbasov bildirib.

0
24