Hərbi xidmətdən yayınan erməni Kuzbasda gizlənməyə çalışdı

Hərbi xidmətdən yayınan erməni Kuzbasda gizlənməyə çalışdı

Kemerovo vilayətində qanunsuz yaşayan üç nəfər deportasiya edilərək vətəninə göndərilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu şəxslərdən biri erməni ordusunda hərbi xidmətdən yayındığı üçün axtarışda idi.

Keçən cümə axşamı Ermənistan, Azərbaycan və Ukrayna vətəndaşları vətənlərinə yola salınıb. Onların hər üçü Rusiyanın Kemerovo vilayəti üzrə DİN Dövlət İdarəsinin xarici vətəndaşların müvəqqəti saxlanılma mərkəzindədir. Xarici vətəndaşların Rusiya ərazisində olmağa və yaşamağa icazəni təsdiqləyən heç bir sənədi olmaylb.

“Ermənistan vətəndaşını təyyarənin trapında Çarentsavan hüquq-mühafizə orqanı əməkdaşları qarşılayacaq. Hüquq-mühafizə orqanı əməkdaşları onun vətənə qayıtmasında maraqlıdırlar. Belə ki, o, “Müddətli hərbi xidmətdən yayınmaq” maddəsi üzrə axtarışdadır”, - məlumatda deyilir.

İlin əvvəlindən ümumilikdə Kemerovo vilayətindən 149 xarici vətəndaş deportasiya edilib. Əsasən Tacikistan, Özbəkistan, Ermənistan və Azərbaycan vətəndaşları deportasiya edilir.

0
21