İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

“Dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yama təbrik məktubu göndərib.

Oxu.Az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sinqapur xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

0
13