Azərbaycan cüdoçusu Rüstəm Orucov Olimpiyadada 1/8 finala yüksəlib

Azərbaycan cüdoçusu Rüstəm Orucov Olimpiyadada 1/8 finala yüksəlib

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Rüstəm Orucov ilk görüşünə çıxıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 25 yaşlı idmançı 1/16 finalda Didar Xamza ilə qarşılaşıb.

Görüş Orucovun qələbəsi ilə yekunlaşıb. Rəqibi 3 dəfə cərimələndiyi halda, onda bu göstərici 2 olduğu üçün mərhələ adlayıb. Növbəti mərhələdə rəqib Ceyk Bensted (Avstraliya) olacaq.

0
17