OPEK: Neft yenidən bahalaşacaq

OPEK: Neft yenidən bahalaşacaq

“Neft qiymətlərinin cari ucuzlaşması müvəqqəti xarakter daşıyır”.

Əsas neft istehlakçıları olan ölkəlrədə iqtisadi vəziyyət 2016-cı ilin ikinci yarımilliyində yaxşılaşacaq, bu isə şimal yarımkürəsində qışa hazırlıqla əlaqədar neftə olan tələbatın artmasına gətirib çıxaracaq.

Oxu.Az xəbər verir ki, bu barədə OPEK-in prezidenti, Qətərin enerji naziri Mohammed Al-Sada bəyan edib.
“Neftə olan tələbatın 2016-cı ilin 3-cü və 4-cü rüblərdə artacağı gözlənilir”, - OPEK prezidenti bildirib.

Al-Sada əlavə edib ki, uzun müddətli perspektivdə neft qiymətlərinin ucuzlaşması gözlənilmir və cari ilin 2-ci rübündə neftə olan tələbin artacağı gözlənilir.

OPEK prezidenti ucuzlaşmanın səbəbini neftemalı zavodlarının gəlirinin azalması, həmçinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendumun nəticələrinin bazarlara, eləcə də neft bazarına təsiri ilə əlaqələndirib.

Al-Sadanın fikrincə neft qiymətlərinin cari ucuzlaşması müvəqqəti xarakter daşıyır.

Al-Sadanın bəyanatına görə, OPEK üzvləri 26-28 sentyabrda Əlcəzairdə keçiriləcək Beynəlxalq energetika forumu çərçivəsində qeyri-rəsmi görüş keçirməyi planlaşdırırlar.

0
15