Rio-2016: Rüstəm Orucov 1/8 finalda

Rio-2016: Rüstəm Orucov 1/8 finalda

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüstəm Orucov da tatami üzərinə çıxacaq.

73 kq çəki dərəcəsində mübarizə aparan Orucov mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Tiflis Qran-prisinin və son Avropa çempionatının qızıl medalçısı olan təmsilçimiz Didar Həmzəni (Qazaxıstan) sınağa çəkib. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb. O, 1/8 finalda avstriyalı Jak Benstedlə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.

0
32