Qara Qarayev prospekti təmirdən sonra istifadəyə verildi

Qara Qarayev prospekti təmirdən sonra istifadəyə verildi

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılıb.

“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Oxu.Az-a bildirilib ki, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən (“8-ci km bazarı”) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində (“Laçın” ticarət mərkəzi) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

0
15