Niderlandlı idmançı Olimpiyadada onurğasını sındırdı – VİDEO

Niderlandlı idmançı Olimpiyadada onurğasını sındırdı – VİDEO

İdmançı yıxılmağını sosial şəbəkədə şərh edib.

Niderlandiyadan olan velosipedçi Annemik van Vletyon Rio-de-Janeyroda Olimpiyadada qrup yarışları zamanı ağır zədə alıb.

Oxu.Az xəbər verir ki, finişə 10 km qalmış yüksək sürətlə hərəkət edən velosipedçi döngədə idarəetməni itirərək yıxılıb.

Bununla yanaşı, sosial şəbəkədə 33 yaşlı idmançının yıxılma anının əks olunduğu video yerləşdirilib. Videoda Annemikin demək olar ki, salto vuraraq başının səddə dəyməsi görünür.

İdmançı təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Xəstəxanada onun onurğasının üç yerdən sındığı və beyninin silkələndiyi aşkar edilib. Daha sonra Annemik “Twitter” sosial şəbəkəsində yıxılmağını şərh edib.

0
13