“Əsmərin sehrli zənbili” kitabı təqdim olundu

“Əsmərin sehrli zənbili” kitabı təqdim olundu

Mehriban Nağıyevanın “Əsmərin sehrli zənbili” adlı kitabı nəşr olunub. Kitabda müəllifin uşaqlar üçün yazdığı nağıllar və hekayələr yer alıb.

Oxu.Az xəbər verir ki, “Alabaş və ördəklər”, “Xallı pişiklə Boranın dostluğu” , “Paxıl toyuq”, “Dərdli kirpi”, “Aslanın məsləhəti”, “Lovğa tülkü”, “Tülkü ilə qazların əhvalatı”, “Çiçəkləri yolan qız”, “Əlcək”, “Leylanın səhvi”, “Əsmərin sehrli zənbili” uşaqları lovğalıq, paxıllıq, pislik kimi mənfi xüsusiyyətlərdən çəkindirir, onlara doğru yolu aşılayır.

“Əsmərin sehrli zənbili” Mehriban Nağıyevanın sayca üçüncü kitabıdır.

Kitabın redaktoru yazıçı Mirmehdi Ağaoğludur.

Kitab “TimePrint” mətbəəsində nəşr olunub.

“Əsmərin sehrli zənbili”ni şəhərin kitab mağazalarından əldə edə bilərsiniz.

A.S.

0
12