Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünün bəyannaməsi dərc edilib

Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünün bəyannaməsi dərc edilib

Rusiya, İran və Azərbaycan dünyanı terrorizm və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə çağırır.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bəyannamənin layihəsində deyilir.

“Tərəflər terrorizm, ekstremizm, sərhədyanı cinayətkarlıq, qeyri-qanuni silah alveri, narkotik qaçaqmalçılığı, insan alveri və İKT sahəsində cinayətkarlığa qarşı mübarizə aparmaq niyyətindədir. Onlar BMT-nin koordinatorluğu ilə beynəlxalq sabitlik və təhlükəsizlik üçün bu çağırışların və təhdidlərin effektiv həlli üçün səylərinə qoşulmağa çağırırlar”, - bu barədə Bakıda üç ölkənin liderlərinin samitinin nəticəsinə görə təsdiqlənəcək bəyannamədə deyilir.

Həmçinin qeyd edilir ki, tərəflər terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmlə effektiv mübarizə üçün tədbirlərin hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə ikitərəfli və üçtərəfli məsləhətləşmələrin aparılmasının vacibliyini önə çəkirlər.

“Tərəflər etiraf edirlər ki, bölgədəki həll olunmamış münaqişələr regional əməkdaşlıq üçün böyük maneədir. Bununla əlaqədar onlar bu münaqişələrin danışıqlar və beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin vacibliyini vurğulayırlar”, - bəyannamənin layihəsində deyilir.

0
11