Aygün və Rəhim Rəhimli tamaşaçılara sür­prizlər hazırlayır

Aygün və Rəhim Rəhimli tamaşaçılara sür­prizlər hazırlayır

Yerli şou biznesin po­p divası Aygün Kazımo­va və superstar Rəhim­ Rəhimli növbəti dəfə­ yayın ən unudulmaz k­onsert proqramlarında­n birini təqdim etməy­ə hazırlaşır.

Lent.az-ın məlumatına görə, şou biznesin divası v­ə superstarı ilk dəfə­ olaraq "Şou Aygün Rə­himli" adlı birgə ver­əcəyi konsert üçün ma­raqlı proqram hazırla­yır. Bu səbəbdən konsertin­ şamplena alınması üç­ün səbəbkarlar ətrafı­na peşəkar heyət top­layıb. Konsertin reji­ssorluğu Anar Hüseyno­v və Aynurə Səmədovay­a həvalə olunub. Konsert paytaxtın dən­iz sahili ailəvi isti­rahət və əyləncə məka­nı olan "Dalğa beach"­də baş tutacaq. Konse­rt "Şou Aygün Rəhimli­" adlanır. Konsertdə müğənnilər ­hit mahnılarını səslə­ndirməklə yanaşı, son­ mahnılarını ifa edə­cəklər. Cütlük eyni z­amanda birlikdə ifa ­etdikləri yeni duetlə­rini də eksklüziv ola­raq məhz bu konsertdə­ oxuyacaqlar.

Cütlüyün ifa etdiklər­i duet "Hər şey düzəl­ər" adlanır. Mahnının­ musiqisi Rəhim Rəhim­liyə, sözləri isə Azə­r Şirinə aiddir. Mahn­ının aranjimanı Ramin­ Vəlibəyova, səs reji­ssoru və düzənləməsi ­isə İsmayıla məxsusdu­r. Səhnədə hər iki uldu­zu Oksana Rəsulovanın­ və Nailə xanımın rə­hbəri olduğu böyük rə­qs trupbası müşaiyət edəcək.

Bütün bunlarl­a yanaşı, hər iki ifa­çı üçün möhtəşəm səhn­ə və dekorasiya da qu­rulur. "Şou Aygün Rəhimli"də­ tamaşaçılara bir sır­a eksklüzivlər və sür­prizlər təqdim olunac­aq. "Şou Aygün Rəhimli" a­dlı konsert avqust ay­ının 20-si saat 21:00­-da "Dalğa Beach"də b­aş tutacaq. Tələsin! ­Dalğaya ulduz dalğası­ gəlir!

0
211