Dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırılır - Bəyannamə

Dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırılır - Bəyannamə

Azərbaycan, Rusiya və İran nəqliyyat infrastrukturunun, o cümlədən “Şimal-Cənub” dəhlizinin inkişafı üçün tədbirlər görəcək.

“APA-Economics”in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda bu gün keçiriləcək üçtərəfli görüşünün yekunlarına dair Bəyannamə layihəsində bildirilir.

“Tərəflər iqtisadi cəhətdən sərfəli və ətraf mühit üçün ekoloji cəhətdən təhlükəsiz olan nəqliyyat infrastrukturunun yaradılmasına yönələn regional nəqliyyat və rabitə imkanlarının inteqrasiyası üçün səylərini dəstəkləmək niyyətindədir. Tərəflər "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca sərnişin və malların daşınması imkanlarını yaxşılaşdırmaq məqsədi ilə nəqliyyat-rabitə infrastrukturunun inkişafı üçün effektli addımlar atmaq niyyətindədir”, - deyə bəyannamə layihəsində vurğulanıb.

Bəyannamədə həmçinin qeyd olunub ki, rəsmi Bakı, Moskva və Tehran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin effektivliyini artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi ilə bağlı yeni layihələr reallaşdırmaq niyyətindədir.

0
11