Sumqayıtda Təcili Tibbi Yardım maşını yandı

Sumqayıtda Təcili Tibbi Yardım maşını yandı

Dünən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus “Mercedes” markalı Təcili Tibbi Yardım avtomobilinin mühərriki və idarəetmə lövhəsi qismən yanıb.

Oxu.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
18