Azərbaycan tankçıları erməniləri qabaqlayaraq 5-ci yerə yüksəlib - FOTO

Azərbaycan tankçıları erməniləri qabaqlayaraq 5-ci yerə yüksəlib - FOTO

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.

“Beynəlxalq Ordu Oyunları – 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar.

Bu barədə məlumat Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

15 mərhələdən ibarət olan və 18 ölkədən 54 tank heyətinin iştirak etdiyi “Tank biatlonu” müsabiqəsinin yarımfinalında Azərbaycan da daxil olmaqla 12 ölkənin komandası iştirak edir.

Yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda tankçılarımız avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.

Avqustun 13-də yekun vurulacaq yarışların finalına 4 komanda çıxacaq.

Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir.

0
9