Rusiya millisi paralimpiadadan uzaqlaşdırıldı - ŞOK QƏRAR

Paralimpiya üzrə Rusiya yığması Rio Paralimpiya Oyunlarından kənarlaşdırılıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Paralimpiya Komitəsi şimallıları sentyabrın 7-də start götürəcək yarışa buraxmamağa qərar verib.

Buna səbəb çoxsaylı dopinq qalmaqallarıdı. Lakin məsələ ilə bağlı yekun qərar İdman Arbitaj Məhkəməsindən asılı olacaq. 35 rusiyalı paralimpiyaçının dopinqlə bağlılığı təsdiqlənməsə, qonşularımız son anda yarışa qatıla da bilər.

Qeyd edək ki, Rusiya Rio Yay Olimpiya Oyunlarına 387 lisenziya qazansa da, son anda idmançılardan 281-nin iştirakına icazə verildi.

0
24