Qiyamçı 3 general, 60 zabit PKK-a sığındı

Qiyamçı 3 general, 60 zabit PKK-a sığındı

Türkiyədə 15 iyul hadisələrinin iştirakçısı olan 3 general, 60 hərbçi PKK-ya sığınıb.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, qiyam hazırlıqlarında uğursuz olduğu bildirilən qiyamçılar İraq üzərindən PKK-ın mərkəzi qərargahı olan Kandilə gedib.

Bu məlumatı Türkiyənin Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətidə təsdiqləyib. Bildirildiyinə görə, qiyamçılar PKK-nın onları Türkiyəyə qaytarmacağını əmin olduqlarından bu addımı atıblar.

15 iyun qiyamından sonra FETO-cu 9 general və 288 hərbiçidən xəbər yoxdur. Generallardan Mustafa Zeki Uğurlu, Mehmet Nail Yiğit, Ali Kalyoncu, Ayhan Bay, Nazmi Ekici, İrfan Arabacı, Ali Suat Aktürk, Hayrettin İmran  və Mehmet Zeki Kıralp hadisədən sonra barələrində saxlanma əmri olsa da, hələ də istintaqdan yayınıblar.

0
10