Məşhur su parkında faciə: Konqresmenin oğlu öldü

Məşhur su parkında faciə: Konqresmenin oğlu öldü

ABŞ-ın Kanzas ştatında yerləşən “Schlitterbahn” Su parkında faciəvi hadisə baş verib.

Lent.az-ın Daily.mail-ə istinadən məlumatına görə, hadisə zamanı akvarparkdakı su təpəciyindən eniş edən konqresmen Scott Schwabın 10 yaşlı oğlu dünyasını dəyişib.

Bildirək ki, dünyada ən hündür təpəciyi sayılan bu təpəciyin hündürlüyü 51 metrdir.

Su parkının mətbuat xidmətinin rəhbəri Winter Prosapio isə açıqlamasında azyaşlının məhz təpəcikdən enərkən öldüyünü  tam təsdiqləməyib və bildirib ki, hər mövsüm başlanğıcında, eləcə də hər gün müstəqil təftiş orqanları tərəfindən akvaparkdakı bütün təpəciklərin fəaliyyəti kompleks şəkildə yoxlanılır.

Hazırda akvaparkın fəaliyyəti istintaqla bağlı ikigünlük dayandırılıb.

0
12