Pakistanda partlayış: Ölənlər var

Pakistanda partlayış: Ölənlər var

Partlayış səhər saatlarında baş verib.

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb, 35-dən çox insan müxtəlif xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə “GeoTV” telekanalı məlumat yayıb.

Partlayış səhər saatlarında baş verib. Telekanal tibb müəssisəsindəki mənbəyə istinadən xəbər verir ki, partlayış xəstəxananın reanimasiya şöbəsində baş verib.

Bundan başqa polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Xüsusi xidmətin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıblar, həyəcan siqnalı verilib.

0
8