Bu gün üçün Azərbaycan idmançılarının təqvimi

Bu gün üçün Azərbaycan idmançılarının təqvimi

Rio Olimpiyadasının IV günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, bu gün Olimpiya Oyunlarında debüt edəcək idmançılarımızdan ikisi medallar uğrunda mübarizə aparacaqsa, biri ilk görüşünü keçirəcək.

Belə ki, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov və qılıncoynatmanın sablya növü üzrə ölkəmizi təmsil edəcək Səbinə Mikinanın taleyinə bu gün aydınlıq gələcək.

Hər iki idmançımız yarışa 1/16 final mərhələsindən start verəcəklər.

Digər təmsilçimiz, 91 kq çəki dərəcəsində çıxış edəcək Abdulqadir Abdullayev isə ilk görüşünü keçirəcək. Dəri əlcək ustamız yarışa 1/8 final mərhələsindən start verəcək.

Qılıncoynatma
1/16 final
Səbinə Mikina (sablya) – saat 17:20

Cüdo
1/16 final
Rüstəm Orucov (73 kq) – saat 17:30

Boks
1/8 final
Abdulqadir Abdullayev (91 kq) – saat 20:45

0
11