Azərbaycan velosipedçisi 35-ci yeri tutub

Azərbaycan velosipedçisi 35-ci yeri tutub

“Rio-2016” Yay Olimpiya Oyunlarında daha bir idmançımız çıxış edib.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, velosiped idmanın şose növü üzrə qadınlar arasında yarışan Yelena Pavluxina yarışı başa vurub.

68 idmançının iştirak etdiyi 136,9 km məsafəyə yürüşü qət edən təmsilçimiz finişə çatmağı bacarmış 50 idmançıdan biri olub.

O, Olimpiyadanı 3:59:05 saat nəticə ilə 35-ci sırada başa vurub.

0
9