Teymur Məmmədov “Rio-2016”-da 1/8 finala yüksəlib

Teymur Məmmədov “Rio-2016”-da 1/8 finala yüksəlib

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilib.

Oxu.Az xəbər verir ki, millimizin 81 kq çəki dərəcəsində çıxış edən üzvü Teymur Məmmədov ilk görüşünə çıxıb.

Azərbaycan Olimpiya komandasının bayraqdarının rəqibi ukraynalı Denis Solonenko olub. Rəqibini hər üç raundda məğlub edən Məmmədov 1/8 finala vəsiqə qazanıb.

0
40